MƏLƏKLƏR AMERİKADA – BİRİNCİ HİSSƏ: MİNİLLİK YAXINLAŞIR

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
1980-ci illərin ortalarının Amerikası. QİÇS böhranının tüğyan etdiyi və konservativ Reyqan hökumətinin dövlət başında olduğu bu dövrdə nyu-yorklular adi həyatlarını yaşayır, hər gün həyat və ölüm, məhəbbət və seks, cənnət və cəhənnəm uğrunda mübarizə aparır. Tamaşada Endrü Qarfild – Prayor Uolter, Denis Qoq – Harper Pitt, Neytan Leyn – Roy Kon, Ceyms MakArdl – Luis Ayronson, Rassel Tovi isə Co Pitt rolunu ifa edir. Toni Kuşnerin bir çox mükafatlara layiq görülmüş, QİÇS böhranı haqqında olan ikihissəli pyesi Olivye və Toni mükafatları qazanmış Merienn Elliotun ("Gecə vaxtı itin sirli qətli" və "Müharibə atı") rejissorluğu ilə tamaşaya qoyulur. "Birinci hissə: Minillik Yaxınlaşır" ilk dəfə 1992-ci ildə Milli Teatrda səhnələşdirilib, "İkinci hissə: Perestroyka" isə növbəti il tamaşaya qoyulub.
Daha çox