Supermendən ilhamlanan Brüs Veyn yenidən bəşəriyyətin inamını qazanır. O, daha güclü rəqiblə mübarizə aparmaq üçün Diana Prinsdən dəstək alır. Betmen və Möcüzə-Qadın qarşıdan gələn təhlükənin qarşısını almaq üçün tez bir şəkildə komanda yığır. Lakin superqəhrəmanların unikal heyətinə rəğmən – Betmen, Möcüzə-Qadın, Akvamen, Kiborq və Fleş – ola bilsin ki, dünyanı nəhəng faciədən qorumaq artıq çox gecdir.