Sirr

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Azad 5 il öncə işlədiyi məktəbin direktorunu şikəst etdiyinə görə həbs olunmuş, azadlığa çıxdıqdan sonra iş tapmaqda çətinlik çəkir. Həyat yoldaşı Arzu ona xahiş edir ki, atasının restoranında müvəqqəti işləsin. Lakin, Azadla qaynatasının görüşü uğursuz nəticələnir. Evə qayıdarkən Azad təsadüfən öz əsgərlik yoldaşı Vüqarla rastlaşır. Söhbət əsnasında Vüqar ona iş barədə narahat olmamağını tövsiyə edir və öz profilaktoriyasında çalışmasını təklif edir. Hətta  bəlli olur ki, həmin profilaktoriyada Azadın başqa əsgərlik yoldaşı Kərim də işləyir. Azad bu xəbərə sevinir və evə qayıdır. Arzu ilə münaqişə baş verir, lakin Azad onu əmin edir ki, hər şey düzələcək. Filmin qəhrəmanı Vüqargilə gəlir. Qonaqlıqda xoş söhbətlərdən sonra, evdə azyaşlı qızın olduğu da məlum olur. Azad qızın kimin övladı olduğunu soruşanda, Kərimin cavabı ona xoş gəlmir və anlayır ki, əsgərlik yoldaşları heç də göründüyü kimi dürüst adamlar deyil. Azadın qarşısında iki yol olur: ya yoldaşlarının bu çirkin əməllərinə göz yumub evə qayıtmaq, ya da ki, həmin qızcığazı onların əlindən xilas etmək...
Daha çox