1950-ci illər. Cibgir və fırıldaqçı Nok “həmkarlarından” kiçik fransız şəhəri Sen-Morisdə gizlənərək özünü lisenziyalı həkim olaraq qələmə verir. O, ehtiyaclarını qarşılamaq üçün sadə, lakin eyni zamanda hiyləgər bir plan qurur: sağlam insanları onlarda əslində olmayan xəstəlikdən müalicə etmək. Nok hiyləgərlik və insanları şirnikləşdiməkdə peşəkardır və demək olar ki, o artıq öz məqsədinə çatır, ta iki məsələ vəziyyəti çətinləşdirənə kimi: Nok eşqə düşür və qəfildən onun keçmiş dostu peydə olaraq onun haqda həqiqətləri danışmaq qərarına gəlir.