Turandot

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Turandotu ən məşhur Çin şahzadəsi adlandırmaq olar: drammatik teatrda Karlo Qotstsi, daha sonra musiqili teatrda Cakomo Puççini ona dünyaca şöhrət qazandırmışlar. İntelektual tapmacaların laqyed və əlçatmaz sevimlisi, kişilərə nifrət bəsləyən, şahzadə Kalafın bir öpüşü ilə dəyişərək Puççinnin ən son operasının qəhrəmanına çevrilir. Bu opera bəstəkrın ölümü nəticəsində 1924-cü ildə yarımçıq qalmışdır. "Turandot" operasında Puççinni italyan melodraması ilə şərq koloritini birləşdiməyə müvəffəq olmuşdur. Lakin Çin bəzəyi əsas dramma məsələsini - "Turandotun illərdir qürürunun külü ilə söndürdüyü eşq atəşini alovlandırmaq" - həll etmək üçün vasitə idi. Lakin ən çətin hissə elə bu idi və yekun duet yazılmamış qaldı. Lakin teatr təcrübəsi hekayəni yarımçıq saxlamağa imkan vermir. Franko Alfano operanın finalnı yazır. Xoşbəxt sonluq qaçınılmazdır və Franko Dzeffirellinin səhnədə yaratdığı al-əlvan aləm bunun sübutudur.
Daha çox